Hipersəs silahlar dünyanı daha qeyri-sabit vəziyyətə gətirəbilər - ANALİZ - Hərbi İnformasiya

Xəbərlər

11.23.2018

Hipersəs silahlar dünyanı daha qeyri-sabit vəziyyətə gətirəbilər - ANALİZ


Soyuq savaş dönəmində silahlara və raket elminə edilən yatırımlar, qıtələrarası ballistik raketlərin, gəmilərdən və təyyarələrdən atılabilən bombaların ortaya çıxmasına səbəb oldu. İndi isə, o tarixlərdən qalan təcrübə ilə daha güclü silahların ortaya çıxmasına səbəb oldu.

Bu silahların içərisində ən güclü və ən təhlükəli olanlar isə hipersəs silahlar olaraq görülür. Bu silahlar ölkələrin və şəhərlərin müdafiə sistemlərini funksiyasız hala gətirəbilir. Kontrolsuz şəkildə istifadəsi isə gələcəkdə global silahlanma yarışına dönüşəbilər.




Bu yarışda ən əsas iki cür raket mövcuddur: HCM və HGV. Hər iki silah çeşidide bir çox dövlətlər tərəfindən inkişaf etdirilsədə təxmin edildiyi kimi başda Rusiya, ABŞ və Çin gəlir. Bu iki silah çeşidindən HGV-lərin ərsəyə gəlməsi daha asan olduğu ifadə edilir. Hər iki silahı da bu qədər təhditkar edən isə, yüksək səviyyəli manevr qabiliyyətinə malik olması, yəni hər an istiqamətini dəyişdirəbilməsinin olduğu bildirilir. Başqa tərəfdən bu raketlərin uçuş yolları momentum və yer çəkimi ilə təyin olunduğu üçün əngəllənəbilinir vəziyyətdədir.

Bu texnologiyanın inkişafı etdirilməsinin bərabərində birçox problemi gətirəcəyini demək lazımdır. Bəs bu potensial problemlər yada təhlükələr nələr olabilər? İlk olaraq bu silahların nüvə partlayıcılarla təchiz edilməsi gələcək nəsillərin olduqca qeyri-sabit bir dünyada yaşamasına səbəb olabilər. RAND Corporation tərəfindən yayımlanan hipersəs silahlarla bağlı bir hesabata görə, hökümətlər bu tip silahların reaksiya vaxtının olduqca qısa olmağına görə əlavə müdafiə önləmi almaq istəyir.


Əli Səfərov
Hərbi İnformasiya
Webtekno

Hiç yorum yok:

Yorum Gönder