Azərbaycan istehsalı olan qumbaraatan – RPG-7V2 “Qaya” - Hərbi İnformasiya

Xəbərlər

11.24.2018

Azərbaycan istehsalı olan qumbaraatan – RPG-7V2 “Qaya”


Azərbaycan Müdafiə Sənayesi müəssisələrində istehsal edilən RPG-7V2 “Qaya” qumbaraatanlarının texniki-taktiki göstəriciləri nədir? 

Yayılan məlumatlarda, Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında yer alan RPG-7V2 “Qaya” tipli əl qumbaraatanı bir sıra göstəricilərinə görə Rusiya,  Ukrayna və Rumıniyada istehsal edilmiş eyni tipli qumbaraatları geridə qoyduğu bildirilir. Rusiyanın RPG əl qumbaraatanının fərqli modifikasiyası olan “Qaya” düşmənin zirehli texnikasını və piyadalarını məhv etmək üçün hazırlanıb. “Qaya” 40 mm çaplı PG-7, PG-7VM, PG-7VS, PG-7VS1, PG-7VL, PG-7VR, OG-7V, TBG-7V mərmilərindən atəş açmaq imkanlarına malikdir. O, 300-330 metr məsafələrdəki hədəfləri rahatlıqla vurma iqdidarındadır. 




Təyinatı və Texniki-Taktiki Xüsusiyyətləri (TTX)

40 mm-lik RPG-7V2 “Qaya” qumbaraatanı düşmən tankarına, müxtəlif növ zirehli vasitələrinə, qala tipli istehkam qurğularına ciddi zərər vurmaq (sıradan çıxartmaq) və canlı qüvvəsini məhv etmək üçün təyin olunub. Silah Qəlpəli-füqaslı və Kumlyativ mərmilərdən atəş açabilir. Qəlpəli-Füqaslı canlı qüvvəyə qarşı, Kumlyativ mərmi isə dəlmə qabiliyyəti yüksək olduğu üçün zirehli vasitələrə qarşı istifadə olunmaqdadır.

Uzunluğu 950 mm, çəkisi 6,85 kq olan “Qaya”dan dəqiqədə 4-6 atəş açmaq mümkündür. Qumbaraatanın atış ömrü MSN-in rəsmi kataloqunda 250 atış göstərilib. Qumbaraatan PGO-7V3 UP-7 mexaniki optik nişangahla təchiz olunub. O, 300-330 metr məsafələrdəki hədəfləri rahatlıqla vurabilmə iqdidarındadır.

Hiç yorum yok:

Yorum Gönder