Türkiyənin inkişaf etdirdiyi - FIRAT-M60T tankı - Hərbi İnformasiya

Xəbərlər

12.22.2018

Türkiyənin inkişaf etdirdiyi - FIRAT-M60T tankı


Fərat Qalxanı və Zeytun budağı əməliyyatlarını həyata keçirərkən Türkiyə, əməliyyatda istifadə etdikləri tankların orda olan şəraitə və qarşı tərəfin silahlanmasına uyğun olmadığı qənaətinə gələrək əldə olan nisbətən köhnəlmiş ABŞ istehsalı M60T tanklarını modernizasiya etməyi qərara alır. Aselsan tərəfindən Modernizasiya olunan tanklara "FIRAT-M60T" adı verildi və bu Tanklar əməliyyat davam edərkən modernizasiya olunduğu üçün döyüş şəraitində, tanka əlavə edilmiş xüsusiyyətlər birə-bir test olunmuş oldu. Ən son texnologiyalardan istifadə edilərək modernizasiya olunan tankın, dinamik müdafiəsi və atış bacarıqları inkişaf etdirilərək ən yüksək səviyyəyə çatdırılıb. Hətta dünyanın ən modern tanklarından geri qalmır deyəbilərik. Bundan başqa tankın qorumasını ən yüksək səviyyəyə çatdıracaq "PULAT" Aktiv qoruma sistemi əlavə ediləcək. Bu sistem yüksək səviyyəli radarlar sayəsində tanka tərəf gələn bir neçə TƏİR mərmilərini havada zərərsizləşdirəbiləcək gücdədir.

Əli Səfərov
Hərbi İnformasya

Hiç yorum yok:

Yorum Gönder