Minaya davamlı taktiki təkərli nəqliyyat vasitəsi - BMC Efe - Hərbi İnformasiya

Xəbərlər

11.22.2018

Minaya davamlı taktiki təkərli nəqliyyat vasitəsi - BMC Efe


Tanış olun; Görüntü baxımından "Mercedes-Benz Unimog" xatırladan Türkiyənin "BMC" Korporasiyası tərəfindən istehsal edilən "BMC 185-09B" başqa adla "BMC Efe" minaya davamlı taktiki təkərli nəqliyyat vasitəsi.
Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə verilən Mercedes-Benz Unimog taktiki təkərli nəqliyyat vasitəsi yaxşı nəticələr verməsinə qarşılıq olaraq BMC tərəfindən buna bənzər texnika (BMC Efe) inkişaf etdirilmiş və 2008-ci ildə Türkiyə Müdafiə Nazirliyi 2.000 ədəd 4x4 və 6x6 taktiki təkərli nəqliyyat vasitəsi və minaya qarşı qorunan vasitələr tədarük etməyi qərara almışdır.


İstehsalçı Ölkə və Şirkət: 
Türkiyə/BMCBoş ağırlığı: 7530 kg
Hərəkat Mənzili: 800 km
Sudan keçmə: 880 mm
Dırmaşma qabiliyyəti: 70%
Mühərrik gücü: 4 silindir, 136 kW (185 PS) @ 2500 rpm
Maksimal Sürət: 100 km/saat
Yük götürmə qabiliyyəti: 2520 kg

Sizcə nə qədər effektivdir və bundan bizim orduyada lazımdır mı? Sizcə BMC yük maşınları ordumuzda geniş istifadə olunan Maz və Kamaz yük maşınlarını əvəz edəbilərmi? Vəya buna ehtiyac varmı?

Əli Səfərov
Hərbi İnformasiya

Hiç yorum yok:

Yorum Gönder