Belarus Azərbaycana hansı silahları satıb - SİYAHI - Hərbi İnformasiya

Xəbərlər

11.24.2018

Belarus Azərbaycana hansı silahları satıb - SİYAHI

Yaxın günlərdə məlum olub ki, Belarusun Azərbaycana hərbi texnikanların növbəti partiyasının çatdırılması üzrə yeni müqavilə bağlanıb.

Belarusun yerli nəşri bu kontekstdə Belarusun Azərbaycana indiyə qədər çatdırdığı hərbi texnikanın siyahısını təqdim edib.
Bildiyiniz kimi, Belarus və Azərbaycan arasında silah ticarəti artıq neçə ildir davam edir. Silah sazişləri — məbləğlər və müqavilələrin həcmi çox vaxt gizli saxlanılsada Qeyri-rəsmi informasiyaya görə, on illik əməkdaşlıq ərzində Minsk Bakıya təxminən 500 milyon dollarlıq silahlar, hərbi təyinatlı texnika və avadanlıq satıb. Satılan texnikaların bir çoxunu sizə təqdim edirik.


Təqdim edilən məlumatlarda rəsmi Bakı Minskdən 2005-ci ildə 19, 2006-da 41, 2012-də isə daha 62 T-72 tankı alıb. Sonrakı illər ərzində texnikanın çatdırılması haqda rəsmi məlumat olmasada əldə olan məlumatlara görə, Belarus Azərbaycana 153 T-72 tankı göndərib. Bu isə bütöv bir tank briqadası deməkdir.
T-72 tankları ekipaj üçün etibarlı müdafiəni təmin edir və müxtəlif hücum zərbələrinə tab gətirəbilir. Dağlıq, meşəlik ərazilərdə effektiv olan tankın Ana silahı 125 millimetrlik topdur, döyüş kütləsi 41 ton, ekipajı 3 nəfərdən ibarətdir. 

Bundan Əlavə 
2008-2009 illərdə Belarus Azərbaycana on iki özüyeriyən artilleriya qurğusu (ÖAQ) “Pion” satıb. 12 ədəd olması bütöv bir divizion deməkdir.
203-millimetrlik “Pion” silahı düşmənin arxasında əhəmiyyətli obyektlərin və hədəflərin kütləvi bombardmanını təşkil etmək üçün yaradılıb.
Maksimum atəş məsafəsi istifadə etdiyi sürsata görə dəyişsədə təxminən 47,5 km-dir.
Qurğu 10 dəqiqəlik atəş vaxtı hədəfə 500 kq-dan çox partlayıcı atmağa qadirdir. Qurğu həm adi, həm də nüvə sürsatlarından atəş aça bilir.

6 diviziondan çox artilleriya qurğusu (“qaubitsa”)
2009 və 2012-ci illərdə Belarus Azərbaycana iki mərhələdə 122 mm kalibirlik 120 D-30 artilleriya qurğusu çatdırıb.
Bu silahları sadəlik, etibarlılıq, atəş imkanı və portativlik baxımından qoşunlarda yaxşı qiymətləndirilir. D-30-u 80 km/saata qədər sürətlə daşımaq mümkündür, onu 1,5−2,5 dəqiqəyə döyüş vəziyyətinə gətirmək olur. Qurğunun komplektinə müxtəlif döyüş sursatları daxildir.

Hücum eskadrilyası
Məlumatlara görə, 2009-dan 2012-ci ilə qədər Balarusdan 11 Su-25 hücum təyyarəsi alınıb.
Qeyd edek ki Su-25 Rusiya istehsalidir ve artıq 40 ildən çoxdur ki, dünyanın müxtəlif ordularının silahlanmasına daxildir.  “uçan tank” adıyla tanınan təyyarənin pilotu 12,7, ən təhlükəli istiqamətlər üzrə isə 30 millimetrə qədər kalibrli istənilən lüləli silahdan açılan atəşdən praktiki olaraq tam qorunur.
Hücum təyyarəsinin arsenalında digər silah və qurğularla yanaşı, böyük miqdarda idarə olunmayan bomba və reaktiv mərmilər də var.

Zenit kompleksləri
2007-ci ildə Azərbaycan “Osa-AKM” ZRK-sının “Osa-1T” səviyyəsinə qədər müasirləşdirilməsinə dair müqavilə bağlanmışdı. Müasirləşdirmə ilə Belarusun “Tetraedr” müəssisəsinin mütəxəssisləri məşğul oldular və onu üç il ərzində başa çatdırdılar. Müasirləşdirmə nəticəsində “Osa-1T”nin xidmət müddəti daha 15 il uzadıldı.
Azərbaycana, həmçinin sovet kompleksi “Buk-M1”in tam müasirləşdirilmiş “Buk-MB” ZRK-ları çatdırılıb. Onlar 26 iyun 2013-cü ildə Bakıda keçirilən paradda nümayiş etdirilib. 2014-cü ilin sentyabrında isə Azərbaycanın Silahlı Qüvvələri “Buk-MB” ZRK-sının ikinci batalyonunu aldı.
Belarus mütəxəssisləri S-125 ZRK-sının “Peçora-2T” səviyyəsinə qədər müasirləşdirməsində də iştirak ediblər. Dünya Silah Ticarətinin Analizi Mərkəzinin məlumatına görə, 2014-cü ildə Azərbaycan Belarusa hələ 2011-ci ildə sifariş etdiyi S-125-TM “Peçora-2T”nin doqquz divizionunu yəni 27 işəsalma qurğusu alıb.
Hava Hücumundan Müdafiə komplekslərinin ən müasir alışlarından biri ZRK T38 “Stilet”in iki batareyasının əldə edilməsi oldu. Bu ZRK beş dəqiqə ərzində atış üçün hazır vəziyyətə gətirilir. Kompleks eyni zamanda 48-ə qədər hədəfi aşkar etməyə qadirdir, maksimal məhvetmə məsafəsinin uzaqlığı 20, hündürlüyü isə 10 kilometrə qədər təşkil edir.


Raket kompleksləri
Hazırda Azərbaycana on “Polonez” raket kompleksinin çatdırıldığı bildirilir. Bu kompleks üzrə bir çox informasiyalar hələ də “məxfi” qrifi altındadır.
Bununla belə, məlumdur ki, “Polonez”in üzərində döyüşə hazır 8 raket var. Sistemin 301 mm-lik M20 raketlərinin hər birinin uzunluğu 7264 mm, stabilizator pərlərinin açılış eni 615 mm-dir, çəkisi isə 750 kq-a çatır. Döyüş hissəsi 3 növdə ola bilər. Zərbə radiusu 100-300 km-ə çatır, bir raket 275 metr radusda, 6 “Polonez”dən ibarət bir batareya isə eyni anda 48 hədəfi və ya 100kv.km ərazini atəşlə örtür.
Kompleks düşmənin açıq sahədə, sığınacaqlarda, zirehli və zirehsiz texnika, artilleriya, raket sistemləri və hava hücumundan müdafiə vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub.
Polonez”in daha bir üstünlüyü ondan ibarətdir ki, o, çətin keçilən ərazilər üçün nəzərdə tutulmuş MZKT-7930 “Astroloq” adlı təkərli şassi üzərində quraşdırılır. Bu səbəbdən, “Polonez”in mürəkkəb relyefli dağlıq ərazilərdə tətbiq edilməsi heç bir çətinlik yaratmır.
…Bu, Belarusun Azərbaycana çatdırdığı silahların bütün spektri deyil. Belarus Azərbaycana 60 BTR-70 zirehli transpartyorlari və sayı açıqlanmayan miqdarda tank əleyhinə “Skif” kompleksləri də çatdırıb. Belarus Azərbaycan üçün həmçinin hərbi təyinatlı Belarus avtomobilləri MAZ 6317 və MAZ 5317 lərlə təmin edib

Hiç yorum yok:

Yorum Gönder