İsrail istehsalı İron Dome (Dəmir Qubba) HHM sistemi - Hərbi İnformasiya

Xəbərlər

11.25.2018

İsrail istehsalı İron Dome (Dəmir Qubba) HHM sistemi


Dəmir Qübbə (İron Dome) sistemi, İsrail tərəfindən havadan hücumlar üçün inkişaf etdirilən xüsusi bir sistemdir. Dünyada bənzəri istehsal olmayıb. Bu sistemin başqalarından fərqlənən xüsusiyyətləri, digər hava hücumundan müdafiə sistemləri kimi, sadəcə idarə olunan raketlərə deyil eyni zamanda idarəolunmayan raketlərdən edilən hücumlarınında qarşısını almasıdır. Raket kimi döyüş sursatlarının aşkar edilməsi, təqib edilməsi, onları müdaxilə edərək hücumun qarşısını almaq çox çətin prosesdir. Dəmir Qübbə sistemi bütün bunları edəbilən tək sistemdir. Əslində bu qədər populyarlaşmasının əsas səbəbidə məhz budur.


Bu sistem sayəsində İsrail, Fələstin tərəfinin istənilən hücumunun qarşısını bacarıqla almışdır. Sistemin diapazonu təxminən 10 kilometrdir. Əsas məqsədi qəsəbələrin və kritik hədəflərin qorunmasıdır. Sistemin digər analoqlarında olmayan ən gözəl xüsusiyyəti, təspit edilən raket mərmisinin hara düşəcəyini təspit edərək hesablaması və əgər yaşayış yerindən kənara, strateji olaraq təhlükəsiz olan yerə düşəcəksə bunun qarşısını almaq üçün heçbir reaksiya verməməsidir. Bu sayədə, raket mərmiləri olduqca qiymətli olan Dəmir Qübbə, riskli olmayan hücumlara mərmi israf etməməkdədir. Bundan əlavə sistemin təmamilə avtomatik olaraq çalışmasıda sistemin önə çıxan xüsusiyyətlərindəndir. Belə ki, radarlarda təspit edilən hücumlara hərhansı səlahiyyətli şəxsin təsdiqi olmadan avtomatik olaraq, mərmini havada məhv etmək üçün özü tədbir görür.

Əli Səfərov
Hərbi İnformasiya


Hiç yorum yok:

Yorum Gönder