Ukrayna və Rusiya arasında savaş yenidən alovlanır - SON DƏQİQƏ - Hərbi İnformasiya

Xəbərlər

11.26.2018

Ukrayna və Rusiya arasında savaş yenidən alovlanır - SON DƏQİQƏ


Qaradənizdə Rusiya ilə Ukrayna arasında səhər saatlarında yaşanan gərginliyin nəticəsi olaraq Rusiya Sahil mühafizə gəmiləri ukrayna hərbi gəmilərinə atəş açıb. Açılan atəş nəticəsində Ukrayna donanmasına aid 2 gəmisinin zədələndiyi və bir əsgərin öldüyü açıqlanıb.

Rusiya tərəfi səbəb kimi, gəmilərin sərhəddi pozduğunu göstərsədə, Ukrayna rəsmiləri ittihamları qəbul etmir. 

Başqa mənbələrdə yayılan məlumatlara görə, Rusiya Kəşfiyyatçıları Ukraynaya aid 3 gəmini nəzarəti altına götürdüyü bildirilir.

Yaşanan gərginlinliyin fonunda hər iki dövlətin ordusu savaşa hazır vəziyyətə gətirilib. Digər tərəfdən Rusiya Hərbi Hava Qüvvələri SU-25 təyyarələri ilə Kerç körpüsü üzərindən alçaqdan uçuş etməyə davam edir.

Hadisədən sonra, Ukrayna prezidenti Petro Poroşenko, təcili olaraq təhlükəsizlik şurasını toplayaraq iclas keçirib. Yayılan digər məlumatlara görə, Poroşenko Nato ölkələrinə tək-tək zəng edərək, Rusiyaya qarşı dəstək istədiyii bildirilib.




Əli Səfərov
Hərbi İnformasiya

Türkiyədə yayılan, Gəminin vurulması videosu (CNN Türk)


Hiç yorum yok:

Yorum Gönder