Azərbaycan və dünya ordularında Qadın hərbiçilər - ARAŞDIRMA - Hərbi İnformasiya

Xəbərlər

12.04.2018

Azərbaycan və dünya ordularında Qadın hərbiçilər - ARAŞDIRMA

Azərbaycan və dünya ordularında qadın hərbi qulluqçular haqqında qısa məlumatlar.

Bu gün Azərbaycanda daxil olmaqla İsrail, İngiltərə, Türkiyə, Rusiya və sair kimi dünya ölkələrinin silahlı qüvvələrində qadınlar xidmət etməkdədir. Qadınlar bir çox dünya ordularında müxtəlif vəzifələrə təyin edilsələrdə, aktiv olaraq döyüş əməliyyatlarında qadınlardan istifadə edən çox az ölkə var. Əksər ölkələrdə qadınların xidməti istəkləri əsasında olsada bəzi ölkələrdə bu məcburidi.
Bu ölkələrdən bəzilərini sizə təqdim edirik.

İsraildə qadınlar məcburi xidmət keçir


Orduda qadınların xidmətindən istifadə edən dünya ölkələrindən ən məhşuru israildir. Belə ki, İsrail ordusunda qadınlar hərbi xidmət keçməyi məcburidir. İsrail ordusunda Müxtəlif vəzifələrdə xidmət edən qadınların 1994-ci ilə qədər Hərbi Hava Qüvvələrində xidmət etməyi qadağan olunsada sonradan bu qadağa götürülmüşdür. Sizin üçün təəcüblü gəlsədə İsraildə Qadınların Məcburi xidmət müddəti 2 kişilərdə isə 3 ildir. 


Digər ölkə şimal qonşumuz Rusiya Federasiyasıdır


Rusiya digər dünya ölkələrinə müqaisədə  orduda qadınlardan daha aktiv olaraq istifadə edir.  2-ci dünya müharibəsindən etibarən başlanan bu prosesdə Qadınlar bu gün Rusiya ordusunda  snayperçi, plemyotçu, tank ekipajı, pilot kimi təhlükəli vəzifələrdə xidmət göstərirlər.
Hətta Vəziyyət o yerə gəlib çatıb ki, bu gün Rus ordusunda qadın hərbiçilər arasında gözəllik yarışmaları belə keçirilməkdədir.


Sırada qardaş Türkiyədə var



Türkiyədə yalnız kişilərin məcburi xidmət etməsinə baxmayaraq qadınlarda öz istəkləri əsasında orduda xidmətə cəlb olunur. Hətta Qadınlar Türkiyənin Suriyada keçirdiyi Fərat Qalxanı və Zeytun budağı kimi əməliyyatlarda müxtəlif vəzifələrdə iştirak edib. Qadınlar bu gün Türkiyə ordusunda hərbi hava qüvvələrindən tutmuş Jandarma qüvvələrinə qədər bir çox silahlı birləşmələrdə müxtəlif vəzifələrdə xidmət edir. 


Ordumuzda qadın hərbiçilər



Azərbaycandada eyni Türkiyədə olduğu kimi qadınlar öz istəkləri əsasında orduda xidmət edir. Hazırda Qadınlar Azərbaycan Silahlı Qüvvələrində tədris, tibb, rabitə, kəşfiyyat və digər sahələrdə hərbi xidmət keçir. Qeyd edək ki Azərbaycan tarixində sözün hər iki mənasında döyüşkən qadınların sayı heç də az olmayıb. Hələ də davam edən Qarabağ döyüşləri zamanının ilk illərində Azərbaycan qadınlarının hərbi əməliyyatlarda necə iştirak etdiyini hamımıza məlumdur. Hətta 1992-ci ildə qadınlardan ibarət batalyon da yaradılmışdı.


Cəmiyyətin əksər qismi qadınların orduda xidmət etməsini uyğun görməsədə bu gün Azərbaycan Silahlı Qüvvələrinin sıralarında kiçik-çavuş rütbəsindən palkovnik rütbəsinə qədər müxtəlif rütbə və vəzifələrdə 2 min nəfərə qədər qadın cinsli nümayəndələrimiz uğurla xidmət edir. 






Əli Səfərov
Hərbi İnformasiya



Hiç yorum yok:

Yorum Gönder