Müdafiə Nazirliyindən “Bal-E” raket sistemlərinin alınması ilə bağlı - AÇIQLAMA - Hərbi İnformasiya

Xəbərlər

12.06.2018

Müdafiə Nazirliyindən “Bal-E” raket sistemlərinin alınması ilə bağlı - AÇIQLAMA


Müdafiə Nazirliyindən “Bal-E” raket sistemlərinin alınması ilə bağlı - AÇIQLAMA

Azərbaycan Müdafiə Nazirliyi “Bal-E” raket sistemlərinin alınması ilə bağlı Rusiya tərəfi ilə danışıqlar aparmayıb. Hərbi İnformasiya, “AzeriDefence”-ə istinadən xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən müxtəlif KİV-lərdə Azərbaycanın “Bal-E” raket sistemlərinin alınmasında maraqlı olduğu, lakin Rusiyanın kompleksin satışını məqsədəuyğun saymaması barədə yayılan məlumatları şərh edərkən bildirilib. Nazirlik bəyan edib ki, “Bal-E” sahil raket komplesklərinin alınması ilə bağlı heç bir rəsmi danışıq aparılmayıb: “Rəsmi olaraq bildiririk ki, adıçəkilən “Bal-E” raket sistemlərinin alınması məqsədilə tərəfimizdən danışıqlar aparılmayıb və kompleksi əldə etmək niyyətimiz də olmayıb. Eyni zamanda onu da qeyd edək ki, Azərbaycanın Xəzər dənizi sektorunda təhlükəsizliyinin təmin edilməsi məqsədilə müxtəlif ölkələrin müvafiq qabaqcıl müdafiə sistemlərindən və raket komplekslərindən istifadə edilir”.

Hiç yorum yok:

Yorum Gönder