Türkiyənin Jandarma Qüvvələri haqqında nələri bilirik? - Hərbi İnformasiya

Xəbərlər

12.04.2018

Türkiyənin Jandarma Qüvvələri haqqında nələri bilirik?


Türkiyənin Jandarma Qüvvələri haqqında Azərbaycan dilində dolğun məlumatın olmadığı qənaətinə gələrək, sizlər üçün bu qüvvələr haqqında ağlınızda olan bütün suallara cavab tapmağa çalışdıq. 

İlkin baxış

Fransızca gendarmerie sözündən götürülən Jandarmeriya vəya türkçə Jandarma, tərcümədə "Silahlı kimsə" mənasına gəlir. Türkiyədən əlavə Fransa, Çar Rusiyası, Burjuasiya ölkələrində ölkənin Daxili İşlər Nazirliyinə bağlı xüsusi polis qoşunlarıdır.

Təyinatı və üzərinə düşən vəzifələr


Jandarma, ictimai asayişi və hüquq və qaydalarla müəyyən edilmiş müddəaların yerinə yetirilməsini təmin edən silahlı qoşundur. Prinsipcə əslində hərbi birlik olsalarda Rayon və bələdiyyə sərhədləri xaricində qalan Polis təşkilatının və sahil mühafizə qüvvələrinin olmadığı yerlərdə xidmət edirlər. Xüsusən kənd yaşayış məntəqələrində, polis olaraq ümumi təhlükəsizliyi və dövlət quruluşunu təmin edirlər.

Jandarma nədir? Polis? Ədliyyə? Hərbi birlik?

Əslində hər üçü. Belə ki, Jandarmanın vəzifələri mülki, ədliyyə və hərbi olaraq üçə ayrılır:
Mülki vəzifələri Hüquq-mühafizə və asayiş ilə dövlət quruluşunu təmin etmək, nizam-intizamı qorumaq olsada, Ədliyyə vəzifələrində;

  • Cinayətkarların axtarışında, bütün kəşfiyyat səlahiyyətlərindən istifadə edərək cinayətləri və cinayətkarları üzə çıxarmaq, hadisələrin işıqlandırılması, məhkəmənin məsələni daha yaxşı anlaması və düzgün qərar verməsi üçün lazımı tədbirləri həyata keçirir. 
  • Cinayətin müqəssirlərini və tərəfdaşlarını, təşkil olunan sənədləri və toplanan dəlilləri Respublika Prokurorluğuna və ya digər səlahiyyətli orqanlara, qanuna uyğun surətdə göndərir.
  • Polis təşkilatının olmadığı yerlərdə məhkəmə iclasının təhlükəsizliyinin təmin edilməsi üçün verilən əmrləri yerinə yetirir.

"Sülh dövründə Jandarma, müharibə dövründə Jandarma"


Türkiyə qanunlarına görə Jandarma qüvvələrinin vəzifələri sülh və müharibə dövrü olaraq iki yerə ayrılır. Sülh dövründə; Qanun və nizamlara zidd hadisələrin başverməsini əngəlləmək, təhlükəsizliyi pozan hallara qarşı tədbirlər görmək və cəmiyyət nizamını qorumaq kimi vəzifələri var. Müharibə vəziyyətində isə ordunun əmrinə daxil olaraq ordu ilə bir hərəkət edərlər. Müharibə dövründə Daxili İşlər Nazirliyinin tabeçiliyindən çıxaraq Müdafiə Nazirliyinin və Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının tabeçiliyinə keçməkdədir.

Jandarma Qüvvələrinin Quruluş və Strukturası

Jandarma Qüvvələri Komandanlığı, Türk Silahlı Qüvvələrinin bir hissəsidir. Hüquq-mühafizə və asayiş işləri üçün də Daxili İşlər Nazirliyinə bağlıdır. Komandanlıq ona verilmiş vəzifələri yerinə yetirmək üçün müəyyən təşkilatlanmış strukturlara ayrılmışdır. Bu quruluşlar; Jandarma Ümumi Komandanlığı və sadiq qoşunları, Jandarma Daxili Təhlükəsizlik Qüvvələri, Jandarma Sərhəd Qoşunları, Jandarma Təhsil Birlikləri, Jandarma Məktəbləri, Jandarma İnzibati və Maddi-texniki Dəstək Birlikləri və vəzifənin xüsusiyyətinə görə qurulacaq olan digər birliklər formasındadır. Həmçinin Jandarma birlikləri zona, vilayət, rayon və kənd sərhədləri əsas alınaraq müəyyən olunur. Yaradıldıqları milli təşkilata görə Jandarma birliyi növləri bu şəkildədir:


  • Jandarma Region Komandanlıqları
  • Rayon Jandarma Komandanlığı
  • Rayon Mərkəzi və Rayon Jandarma Komandanlığı
  • Jandarma Mərkəz-Qarovulxana Komandanlıqları
  • Jandarma Mühafizə Qüvvələri
  • Rayon Jandarma Komandanlığına bağlı olan Komando (Desant) Qoşunları
Türkiyə Daxili İşlər Naziri Süleyman Soylu, Fərat Qalxanı əməliyyatlarında xidmət edən Türkiyə Jandarma Qüvvələrinin hərbi qulluqçuları ilə.


Türkiyədə Jandarma Qüvvələrində xidmət etmək üçün Türkiyə Respublikası tərəfindən qoyulan şərtlər


Türkiyə Cümhuriyyəti vətəndaşı və cinsiyyətin kişi olması, jandarmaya qoşulmaq üçün sahib olunması lazım olan ən mühüm keyfiyyətlərdəndir.


  • Hər hansı bir cinayətdən məhkum olunmamış olmaq və istintaq altında olmamaq.
  • Hər hansı bir siyasi partiyaya üzv olmamaq və vəzifədə olmamış olmaq.
  • Keçiriləcək imtahanlarda müəyyən olunan barajın üstündə olunması və qeydiyyat qəbul proseslərində istənilən sənədlərin qüsursuz olması.
  • Türk Silahlı Qüvvələri Səhiyyə Qabiliyyəti Əsasnaməsində göstərilən səhiyyə əsaslarına riayət edilməsi. Hər hansı bir sağlamlıq problemi olmamalı.
  • Türk Silahlı Qüvvələri Səhiyyə Qabiliyyəti Əsasnaməsində göstərilən səhiyyə şəraitinə malik olmaq və hərbi xəstəxanadan səhiyyə assambleya hesabatına malik olmaq lazımdır.

Jandarma Qüvvələrinin tərkib sayı və silahlanması

2018-ci ilin Mart ayında, Jandarma Qüvvələri Komandanlığı tərəfindən verilən açıqlama da cəmi personal sayı bəyan edilib. Bəyanata görə  4 min 540 baş zabit, 190 ehtiyyat zabit, 25 min 914 zabit, 50 min 434 kiçik zabit,  72 min 122 çavuş, 2 min 539 məmur və 810 mülkü işçi olaraq ümumilikdə 176 min 75 şəxsi heyətin olduğu bildirilib.

Silahlanmasında yer alan silahlar və vasitələr


Tapança
  • Yavuz 16
  • Ov tüfəngi
  • SPAS-12
Avtomatik Silahlar
  • HK MP5
  • P90
Avtomat
  • AKM
  • HKG3
  • HKG41
  • HK33A1
  • M16A1
  • M4
  • Colt Canada C7A1
  • Colt Canada C8A1
  • Magpul Masada
  • MPT-76
Puleymot
  • HK32E
  • PKM
  • M2
  • MG3
Snayper tüfəngi
  • Arctic Warfare
  • Dragunov SVD
  • C14 Timberwolf
  • McMillan Tac-50
  • MKEK JNG-90
Raket və Qumbaraatanlar
  • HK69
  • Milkor MGL
  • MK. 19
  • RPG-7
  • Morteirer 120mm Faye Tracts Modele F1

Zirehli Personal Daşıyıcıları
  • BTR-60PB - 32 ədəd
  • Otokar Akrep (4x4) - 250 ədəd
  • Otokar Cobra (4x4) - 200 ədəd
  • Dragoon 300 (4x4) - 60 ədəd
  • Cadillac V150/S (4x4) - 200 ədəd
  • Shorland S55 (4x4) - 300 ədəd
  • Sisu Nasu - 47 ədəd


Helikopterlər
  • S-70A Blackhawk - 26 ədəd
  • AB-205 - 13 ədəd
  • T-129 Atak - 4 ədəd
  • 18-Mi-17 IVA
  • Pilotsuz uçuş Aparatları
  • Bayraqdar TB2 - 12 ədəd

Azərbaycanda buna bənzər təşkilat varmı?


Türkiyənin Jandarma Qüvvələrinə tam bənzəyən qurum mövcud olmasada onun bu vəzifələrinın çox hissəsi Azərbaycanda, Dövlət Sərhəd Xidmətinə həvalə edilib. Bəziləri isə Daxili İşlər Nazirliyinə bağlı qurumlar tərəfindən həyata keçirilir.

Əli Səfərov
Hərbi İnformasiya


Hiç yorum yok:

Yorum Gönder