Ermənistan Rusiyadan SU-30SM təyyarələrini alır? - Hərbi İnformasiya

Xəbərlər

12.03.2018

Ermənistan Rusiyadan SU-30SM təyyarələrini alır?


Ermənistan Rusiyadan SU-30SM təyyarələrini alır? TASS xəbər agentliyinin yaydığı məlumata görə, Ermənistan höküməti Rusiyadan SU-30MS təyyarələrini alacağını bəyan edib. “Biz bunun tez olmasını istəyirik. Artıq danışıqların yekun mərhələsindəyik”,- deyə Tonoyan Rusiyalı media nümayəndələrinə bildirib. Ermənistan bu təyyarələri Rusiya ilə 24 oktyabr 2017-ci ildə qəbul edilən kredit razılaşması sayəsində əldə edəcəyi bildirilir. Qeyd edək ki, Rusiyanın Suxoy Dizayn Bürosu tərəfindən hazırlanan SU-30MS, 4+ nəsil, 2 mühərrikli, iki oturacaqlı supermanevrli qırıcı təyyarədir. İstənilən hava şəraitində, hava-hava və hava-yer və yerüstü dəstək missiyalarını həyata keçirmək üçün nəzərdə tutulub. 450-500 ədəd istehsal olunduğu bildirilən qırıcı təyyarə Rusiya başda olmaqla, Əlcəzair, Çin, Hindistan, Qazaxıstan və sair kimi 12 ölkənin silahlanmasında yaxından iştirak edir.

Əli Səfərov
Hərbi İnformasiya

2 yorum:

  1. işgüzarlığı etmək üçün 2% pulsuz kredit təklifi almaq və fakturalarınızı əlaqə saxlayın
    skinderbeth@gmail.com

    YanıtlaSil
  2. Sizin xərcləri ödəmək üçün 2% etibarlı kredit təklif edirəm. Əlaqə skinderbeth@gmail.com

    YanıtlaSil