DSX-nin yeni silahı “SKY STRİKER” kamikadze PUA - Hərbi İnformasiya

Xəbərlər

1.11.2019

DSX-nin yeni silahı “SKY STRİKER” kamikadze PUA



Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İsraildən “Sky Striker” kamikadze pilotsuz uçuş aparatları  alıb.

Bu silah 2016-cı ildə İsrailin “Elbit Systems” şirkəti tərəfindən yaradılıb və maksimum 10 kq döyüş başlığı daşıya bilir. Elektrik mühərrikə sahib “Sky Striker” səssiz uçuşu ilə xarici analoqlarından gizliliyi və manevrliyi ilə fərqlənir.

185 km/saat uçuş sürəti sayəsində, bir neçə dəqiqə ərzində onlarla kilometr məsafələri qət edəbilmə qabiliyyətindədir. Hədəflənən əraziyə gəldikdən sonra isə sürətini azaldaraq hədəfini 2 saat müddətində izləyəbilir. Kamikadze PUA izlədiyi hədəfi 300 knt sürətlə şığıyaraq partlayışla məhv edir.
Qeyd edək ki, hazırda bundan başqa DSX-nin silahlanmasında İsrailin “Harop” kamikadze  PUA-da yer alır. Adı çəkilən PUA 2016-cı ilin aprel ayında baş vermiş 5 günlük müharibədə istifadə olunub.

3 yorum: