Niyə Azərbaycan güclü silah və texnikalar istehsal edəbilmir? - Hərbi İnformasiya

Xəbərlər

1.16.2019

Niyə Azərbaycan güclü silah və texnikalar istehsal edəbilmir?


Niyə Azərbaycan güclü silah-sürsat, texnika və vasitələr, top və raketlər, ballistik və qitələrarası nüvə silahları, qırıcı və helikopterlər, esmineslər və sualtı gəmilər istehsal edən Müdafiə Sənayesinə sahib deyil? Əminəm ki, dediklərimin 10 faizi belə real olsa özünü Azərbaycan vətəndaşı sayan bütün Türklərin sevinci yerlə göy qədər olardı. Ama təəssüf ki, bu realdan çox uzaqdır ama mümkünsüz deyil. Bir ölkənin Müdafiə Sənayesi elm və təhsillə inkişaf edir və böyüyür. Universitetlər və orduyla əlaqələrdə bu işin daha çox inkişaf etməsinə təkan verir. Misal üçün, Türkiyənin 100% yerli istehsalı JNG-90 snayper tüfəngi Jandarma qüvvələrində Baş çavuş rütbəsində xidmət edən hərbi qulluqçunun ideyasıdır. Nə demək istədiyimi ümid edirəm anladınız. Digər tərəfdən bu sahənin inkişafı çox uzun çəkən prosesdir, bunun üçün on illiklərlə bu sahədə dinamik çalışmaq lazımdır. Misal Türkiyədə 1909-da yaradılan, aktiv olaraq 1972-ci ildən fəaliyyət göstərən indi ki, Türkiyə Silahlı Qüvvələrini gücləndirmə vəqfi sayəsində, onun tərkibində bu gün Müdafiə Sənayesi sahəsində dünyanın ən iri Aselsan,  TAI, Havelsan, Roketsan yaradıldı. Yəni bütün bunlar bir anda baş verən proseslər deyil, bunun üçün uzun illər milli səy lazımdır. Güclü idarəetmə, pul, xarici əməkdaşlıq, hər tərəfli dəstək lazımdır. Ən əsası Bu sahə üzrə maraqlanan gənc araşdırmaçıları və elm insanlarını təşviq etmək üçün TÜBİTAK kimi xidmət edən təhqiqat şurası lazımdır. Çox sağolun.... Əli Səfərov
Hərbi İnformasiya

Hiç yorum yok:

Yorum Gönder