T-14 tankları yenidən testə cəlb olunur - Hərbi İnformasiya

Xəbərlər

1.29.2019

T-14 tankları yenidən testə cəlb olunur


Dünyada insansız qülləyə sahib dünyanın tək tankı sayılan T-14 Armata yenidən testlərə cəlb olunur. Birdəfə sınaqdan çıxarıb orduya qəbul etmişdilərdə, nəyə görə təkrar test keçirsinlər ki? Bəli doğrudur, testləri tamamlandı və 20-dən artıq tank arsenala qəbul olundu ama sonradan, tırtılların elektronikasında yaşanan problemlər və Rusiyada baş qaldıran İqtisadi böhrana görə tankın istehsalının dayandırmağı məqsədə uyğun görülmüşdü. Yəni bu Rusiya tərəfinin açıqladığıdır. Olabilər tankın daha ciddi problemləri çıxdı və ona görə istehsalı dayandırıldı. Nəyə görə tankın ciddi problemlərinin meydana çıxdığını düşünürəm? Çünki ilk etapda 200 ədəd tankın və tankın mühəndis-istehkam versiyalarının silahlanmaya qəbul edəcəklərini bəyan etmişdilər. Adamlar bunu etmədilər. Nə etdilər bilirsiniz mi? Əllərində olan 3 min ədəd T-80U tankını modernizasiya edib T-80 BVM-yə yüksəltdilər və T-90 tankını T-90MS yə yüksəltdilər. Paralel olaraq T-90 MA tanklarını da T-90 Prorvy-3 konfiqurasiyaya yüksəltmə çalışmalarına başladılar. Yəni qısacası adamlar tankdan ümumiyyətlə əllərini üzdülər başqa şeylərə yönəldilər. Bəs sual olunur. Bidənə tırtıla görə 20-30 illik o boyda zırıltının istehsalı dayana bilərmi? Yada ölkə böhran içindədirsə bütün bu layihələri necə həyata keçirir? Nəysə, Rus təhdidi kimi bilinən dünyanın ən güclü tankı olduğu bildirilən tankın bu il ərzində sınaqlarının keçirələcəyi bildirilir. Əli Səfərov Hərbi İnformasiya savunmasanayist.com

Hiç yorum yok:

Yorum Gönder